Regionlarda səyyar xidmətlər davam etdirilir
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Yevlax, Ağsu, Gəncə, Lənkəran regional miqrasiya idarələri tərəfindən Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Şamaxı, İsmayıllı, Kürdəmir, Göyçay, Ağstafa və Lənkəranda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama icazəsi vəsiqələri təqdim edilib. Həmçinin müvafiq yaşama icazələrinin alınması (müddətinin uzadılması) ilə bağlı tələb olunan sənədlər qəbul edilib.
Azərbaycan Respublikası


