Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan növbəti seminar keçirilib

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin deputatı Zaur Şükürov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri üçün “Azərbaycanın sülh gündəliyinin regionun dayanıqlı təhlükəsizliyinin və inklüziv inkişafının təmin edilməsində rolu” mövzusunda seminar keçirilib.

Z.Şükürov ölkəmizin həyata keçirdiyi sülh siyasətinin regional sabitliyin möhkəmləndirilməsinə, əməkdaşlığın genişlənməsinə və dayanıqlı inkişaf mühitinin formalaşmasına töhfələrindən bəhs edib.

Tədbirdə həmçinin, “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətimizin milli maraqlarının qorunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri barədə məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb və gənclərin milli dövlətçilik dəyərləri barədə məlumatlılığın artırılmasının əhəmiyyəti vurğlanıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti