Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi İctimai Şuranın üzvləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov DMX yanında İctimai Şuranın yeni tərkibdə təmsil olunan üzvləri ilə görüşüb.

Xidmət rəisi İctimai Şuranın üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Vüsal Hüseynov ötən dövrlərdə İctimai Şuranın miqrasiya proseslərinin təkmilləşdirilməsində və ictimai nəzarətin həyata keçirilməsində vacib rolunu vurğulayaraq Şura ilə qarşılıqlı əməkdaşlığın miqrasiya siyasətinin ictimaiyyətə açıq şəkildə çatdırılmasına şərait yaratdığını qeyd edib. O, inkişaf tendensiyaları nəzərə alınmaqla ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi və təkmilləşdirilməsi məqsədilə yeni tərkibli İctimai Şuranın da təkliflərlə çıxış edəcəyinə və aktiv fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Şuranın yeni sədri Sima Yaqubova çıxış edərək əvvəlki illərdə fəaliyyət göstərmiş İctimai Şuralarla Xidmət arasında formalaşmış əməkdaşlıq ənənələrinin davam etdiriləcəyini bildirib və Şuranın fəaliyyəti ilə bağlı iş planı haqqında məlumat verib.

Daha sonra Şura üzvlərinin təklifləri dinlənilib, təşkilati məsələlər müzakirə olunub və Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti