newsPhoto

Dövlət Miqrasiya Xidmətində etik davranış qaydalarına dair təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində Xidmət əməkdaşlarının iştirakı ilə “Etik davranış qaydaları və maraqların toqquşması” mövzusunda 2 təlim təşkil edilib.

“ProDemos” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan təlimlərin əsas məqsədi əməkdaşların etik davranış normaları, peşəkar etika prinsipləri və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı məlumatlandırılmasını təmin etmək olub.

Təlimçi mütəxəssis Turqut Mustafayev iştirakçılara dövlət qulluqçularının etik davranış qaydaları, bu qaydalara əməl etməyin əhəmiyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi ilə bağlı məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti