Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti “Konstitusiya və Suverenlik ili” çərçivəsində ekskursiya təşkil edib

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan İstiqlal Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub.

Ekskursiyada Xidmətin əməkdaşları, “Miqrasiya məktəbi” layihəsinin iştirakçıları, “Miqrasiya Könüllüləri” İctimai Birliyinin üzvləri, eləcə də Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qaçqın statusu verilmiş şəxslər və onların övladları iştirak ediblər. Məqsəd iştirakçılarda vətənpərvərlik ruhunu gücləndirmək, milli tariximizə dair bilikləri artırmaq və Konstitusiyanın ictimai əhəmiyyətinə diqqət çəkmək olub.

Səfər zamanı iştirakçılar Azərbaycanın müstəqillik tarixini, suverenlik uğrunda mübarizəni və dövlətçilik ənənələrinin formalaşma mərhələlərini əhatə edən ekspozisiyalarla tanış olublar.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti