Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində mülki müdafiə üzrə təlim keçirilib

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2025-ci il üçün Mülki Müdafiə Tədbirlər Planı”nın icrası ilə əlaqədar, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti ilə “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi” təşkil edilərək keçirilib.

Plana əsasən tədbir zamanı əməkdaşlar Dövlət Miqrasiya Xidmətinin müllki müdafiə dəstələrinin vəzifələri barədə məlumatlandırılıb, sonra onların xidməti yerlərinə getməsi ilə bağlı tapşırıq verilib və müəyyən vaxt ərzində növbətçi hissədə quraşdırılmış səsgücləndirici və yanğın alarm qurğuları şərti olaraq işə salınaraq “Toplanış” siqnalı ilə əsas toplanış meydanında toplanmaları təmin edilib.

Bununla yanaşı işçilərə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında baş verə biləcək hadisələr zamanı dəstələrin fəaliyyətinin nədən ibarət olacağı, onların operativ reaksiyası və digər əməkdaşların inzibati binadan təhlükəsiz əraziyə təxliyəsinin həyata keçirilməsi təkrar izah edilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti