Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi İsrail Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Xidmət rəisi səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, ölkəmizin miqrasiya siyasətinin əsas prioritetlərini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ronen Krausz iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və diplomatik fəaliyyəti dövründə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti