newsPhoto

Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin avqust ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin avqust ayı ərzində 6363 zəng cavablandırılıb.

Qəbul edilən zənglərin 1856-sı müvəqqəti yaşama icazəsi, 111-i müvəqqəti olma müddətinin uzadılması, 523-ü vətəndaşlıq məsələləri, 838-i olduğu yer üzrə qeydiyyat, 415-i daimi yaşama icazəsi, 661-i iş icazəsi, 320-si inzibati xəta, 1639-u isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti