Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının ərazisində uzun müddət yaşayan və mənsub olduğu dövlətin ölkəmizdə olan icmaları ilə sıx təmaslara malik əcnəbilərdən ibarət Miqrant Şurasının növbəti iclası keçirilib.

Görüşdə Azərbaycanda yaşayan miqrantların ölkəmizin miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların miqrantların gündəlik həyatına təsirinin qiymətləndirilməsi baxımından Miqrant Şurasının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Tədbirdə Şura üzvlərinin miqrasiya ilə bağlı müxtəlif məsələlərə dair fikirləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti