newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində çıxış edən Xidmətin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov qalibləri təbrik edib, bu cür təşəbbüslərin əməkdaşlar arasında elmə, analitik düşüncəyə və araşdırmaya marağın artırılmasına, həmçinin miqrasiya mövzusunda dərin baxışların formalaşmasına xidmət etdiyini bildirib.

Bildirilib ki, əməkdaşların yaradıcılıq və tədqiqat bacarıqlarının qiymətləndirilməsi məqsədilə esselərsahə üzrə mütəxəssislərdən ibarət komissiya tərəfindən dəyərləndirilib. Qiymətləndirmə zamanı yazıların orijinallığı, məzmunun elmi əsaslandırılması və yaradıcı yanaşma meyarlarına xüsusi diqqət yetirilib.

Esse müsabiqəsinin nəticələrinə əsasən Nəbi Əsgərov I yer, Xəyalə İsmayılova II yer, Səbinə Bayramova III yerə layiq görülüb.

DMX Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqənin qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti