newsPhoto

Dövlət Miqrasiya Xidmətində Somali Federativ Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev ilə Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olan Somali Federativ Respublikası Prezidentinin Administrasiyasının aparat rəhbərinin müavini cənab Mohamed Amin Şeyx Osmanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Qonaqları salamlayan Xidmət rəisinin müavini Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, xidmətlərin rəqəmsallaşdırılması, qanunvericilik bazası, elektron xidmətlər, şəffaflıq və əlçatanlıq prinsipləri, regional və beynəlxalq tərəfdaşlıq, insan hüquqlarının təmin olunması və miqrantların hüquqi müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Qəbula görə təşəkkürünü bildirən cənab Mohamed Amin Şeyx Osman görüşdən məmnunluğunu ifadə edib və iki ölkə arasında miqrasiya sahəsində bilik və təcrübə mübadiləsinin perspektivlərindən bəhs edib.

Görüşdə miqrasiya idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanması,  birgə təlimlərin təşkili də daxil olmaqla tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti