newsPhoto

Stresin idarə edilməsi ilə bağlı növbəti təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təlimçisi Zümrüd Əkbərova tərəfindən miqrasiya orqanları işçiləri üçün “Stresin idarə edilməsində şüurlu fərqindəlik” mövzusunda təlim keçirilib.

Təlimin əsas məqsədi işgüzar mühitdə stres amillərinin tanınması və onlarla effektiv mübarizə yollarının mənimsənilməsi, fərdi stres reaksiyalarının düzgün qiymətləndirilməsi və uyğun davranış modellərinin inkişaf etdirilməsi, həmçinin psixoloji dözümlülüyün gücləndirilməsi olub. Təlim prosesində həmçinin pozitiv və neqativ stres, diqqət dağınıqlığı, inanc və dəyərlər sistemi, beynin intuitiv funksiyası, eləcə də gündəlik həyatda tətbiq edilə biləcək stres idarəetmə üsulları bölüşülüb. İştirakçılar diqqətin idarə olunması, müsbət düşüncə vərdişlərinin aşılanması və emosional balansın qorunmasına yönəlmiş tətbiqi yanaşmalarla tanış ediliblər.

İnteraktiv formatda keçən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti