newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin arasında görüş keçirilib.

Görüşdə Xidmət rəisi ölkəmizdə miqrasiya idarəçiliyi, onun prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bu istiqamətlərin ölkəmizdə miqrantlar üçün maksimum rahatlığın təmin edilməsinə, inzibati prosedurların sadələşdirilməsinə və innovativ yanaşmaların tətbiqinə xidmət etdiyi vurğulanıb. İki ölkə arasında miqrasiya dinamikasına toxunan Vüsal Hüseynov qanuni miqrasiyanın təşviqi və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin önəmini qeyd edib.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirən səfir iki ölkə arasında miqrasiya sahəsində tərəfdaşlığın vacibliyini vurğulayıb, mövcud münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcəklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti