DMX yanında İctimai Şuranın yeni tərkibinin seçilməsi məqsədilə yaradılmış Seçki Komissiyasının ilk iclası keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibinin seçilməsi məqsədilə yaradılmış Seçki Komissiyasının iclası keçirilib.
İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq namizədlərin qeydiyyatına cari ilin 2 iyun tarixindən başlanılacağı bildirilib.
Görüşdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.