Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidini qəbul edib.

Qonaqları səmimi salamlayan Xidmət rəisi səfirin ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar keçən dövr ərzində iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzu edib.

Vüsal Hüseynov qanuni miqrasiyanın təşviqi, qanunsuz miqrasiyaya qarşı mübarizə, miqrasiya sahəsində məlumatlandırma işinin təşkilində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərlə qarşılıqlı fəaliyyətin önəminə toxunub.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirən səfir iki ölkə arasında miqrasiya sahəsində tərəfdaşlığın vacibliyini vurğulayıb, Azərbaycanda fəaliyyəti müddətində qurulan səmərəli əməkdaşlığa və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti