Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin I rübü ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin I rübü ərzində 14337 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 4829-u müvəqqəti yaşama icazəsi, 297-i müvəqqəti olma müddətinin uzadılması, 1082-i vətəndaşlıq məsələləri, 1819-u olduğu yer üzrə qeydiyyat, 909-u daimi yaşama icazəsi, 1939-u iş icazəsi, 618-i inzibati xəta, 2844-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.