newsPhoto

İnsan alverində gender xüsusiyyətləri mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində Daxili İşlər Nazirliyinin nümayəndəsi tərəfindən miqrasiya orqanları işçiləri üçün “İnsan alverində gender xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzi  tərəfindən təşkil edilən təlimdə insan alveri anlayışı, insan alveri ilə mübarizə və onun qarşısının alınmasının əsas prinsipləri, həmçinin qanunvericilik bazasına dair təlimçi tərəfindən iştirakçılara ətraflı məlumatlar verilib.

Bundan başqa insan alverinə qarşı mübarizə aparan dövlət orqanları, insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar və onların cəmiyyətə reinteqrasiyası haqqında məlumatlar təlim iştirakçılarının diqqətinə çatdırılıb.

İnteraktiv formatda keçən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur