newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Troy Dulini qəbul edib.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında uzun illər ərzində qurulmuş səmərəli və sıx əməkdaşlıqdan, həyata keçirilən layihələrdən bəhs edib. Xüsusilə, ölkəmizin Almatı Prosesinə Sədrliyi çərçivəsində birgə fəaliyyətlərin icrasından və yaxın günlərdə Prosesin Bakıda keçiriləcək Nazirlər Konfransının təşkilində BMqT-nin dəstəyindən məmnunluğunu ifadə edib. Xidmət rəisi ölkəmizdə keçiriləcək bu tədbirin miqrasiya sahəsində regional əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışların həllində birgə fəaliyyətə töhfə verəcəyini ümidvar olduğunu diqqətə çatdırıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Troy Duli ölkəmizdə Almatı Prosesi çərçivəsində Nazirlər Konfransının uğurla təşkil olunacağına əminliyini ifadə edib. Eyni zamanda, miqrasiya sahəsində birgə layihələrin reallaşdırılmasının əməkdaşlığın genişləndirilməsində vacibliyini qeyd edib və mövcud əlaqələrin yüksələn xətlə bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur