newsPhoto

“Miqrasiya Məktəbi - 7” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.

Təlimdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli “Təşkilati liderlik” mövzusunda çıxış edib.

Həmçinin iştirakçılara Dövlət Miqrasiya Xidmətinin əməkdaşı tərəfindən “Qaçqın və sığınacaq məsələləri” mövzusunda interaktiv şəkildə təlim keçilib.

Xatırladaq ki, 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur