newsPhoto

Dövlət Miqrasiya Xidmətində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd Xidmət əməkdaşlarının mülki müdafiənin əhəmiyyəti barədə maarifləndirilməsi, bu sahədə onların bilik və bacarqılarının artırılması olub.

Görüşdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkşaf yolu, vəzifələri, mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə  tətbiq olunan innovativ texnologiyalar barədə məlumat verilib, həmçinin Xidmət əməkdaşlarının fövqəladə hallara hazırlıqlı olmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur