newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində növbəti qanvermə aksiyası keçirilib.

Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya Dövlət Miqrasiya Xidməti ilə Respublika Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Bakı şəhər regional miqrasiya baş idarəsi, Naxçıvan regional miqrasiya baş idarəsi və Yevlax regional miqrasiya idarəsində təşkil edilən aksiyada Xidmətin 80-nə yaxın əməkdaşı iştirak edib. 


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur