Dövlət Miqrasiya Xidməti “ASAN xidmət indeksi” üzrə mükafatlandırılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "ASAN Xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.
2024-cü ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət qiymətləndirilib.
Dövlət Miqrasiya Xidməti qiymətləndirmənin nəticələrinə uyğun olaraq 2-ci yerə layiq görülüb.