“Miqrasiya Məktəbi - 7” layihəsi çərçivəsində təlimlər davam etdirilir
Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən növbəti “Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən “Miqrasiya hüququnun müqayisəli tarixi”, “Readmissiya və reinteqrasiya”, “Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənməsi” və “Tənzimlənməyən miqrasiya və ona qarşı mübarizə” mövzularında interaktiv formada təlimlər keçirilib.
Xatırladaq ki, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin işi ilə də tanış olmaq imkanı əldə edəcək və proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcək.