Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycana səfər edən Rusiya vətəndaşları üçün “Müvəqqəti olma müddətini yoxla” adlı elektron kalkulyator istifadəyə verilib

Məlum olduğu kimi, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.

Qanunvericiliyin tələblərinə əməl edilməsinin, eyni zamanda Rusiya Federasiyası vətəndaşlarının ölkəyə səfərlərinin planlaşdırılmasında rahatlığın təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən bir təqvim ili ərzində ölkədə istifadə edilməmiş müvəqqəti olma müddətinin hesablanması üçün Xidmətin rəsmi internet informasiya ehtiyatında “Müvəqqəti olma müddətini yoxla” adlı elektron kalkulyator istifadəyə verilib.

Təqdim edilən elektron yenilik vasitəsilə Azərbaycana viza tələb olunmayan qaydada səfər edən Rusiya Federasiyası vətəndaşları cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətlərini onlayn qaydada yoxlaya biləcəklər.

Bunun üçün Xidmətin rəsmi internet informasiya ehtiyatında “Müvəqqəti olma müddətini yoxla” bölməsinə keçid edilərək açılan pəncərədə cari təqvim ili ərzində şəxsin ölkəyə giriş-çıxış tarixlərini (ardıcıl olaraq) əlavə etmək tələb edilir. Sorğu göndərildikdən sonra cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətinin günlərinin sayı real vaxt rejimində istifadəçilərə təqdim olunur.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az e-maili vasitəsilə müraciət edə bilərsiniz.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti