Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin yanvar ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin yanvar ayı ərzində 5790 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 1898-i müvəqqəti yaşama icazəsi, 106-sı müvəqqəti olma müddətinin uzadılması, 423-ü vətəndaşlıq məsələləri, 698-i olduğu yer üzrə qeydiyyat, 330-u daimi yaşama icazəsi, 574-ü iş icazəsi, 251-i inzibati xəta, 698-i isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.