Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstandakı Nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

28 yanvar 2025-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ilə  Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Troy Duli arasında görüş keçirilib.

Qonaqları səmimi salamlayan Vüsal Hüseynov təyinatı münasibətilə Y. Lönnbakı təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Xidmət rəisi Azərbaycanda miqrasiya idarəçiliyi ilə bağlı məlumat verib, ölkəmizin miqrasiya sahəsində fəal iştirak etdiyi qlobal təşəbbüslər barədə danışıb, bu sahədə əsas beynəlxalq tərəfdaşlarından biri olan BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında uzun illər ərzində qurulmuş səmərəli və sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Təşkilatın bir sıra layihə və təşəbbüslər vasitəsilə miqrasiyanın nizamlı, qanuni və təhlükəsiz idarə olunmasına, həssas miqrantlara humanitar yardım göstərilməsinə və bu sahədə potensialın artırılmasına verdiyi töhfələri yüksək qiymətləndirib.

Xidmət rəisi ötən ilin noyabr ayında Azərbaycanın regionda ilk dəfə olaraq ev sahibliyi etdiyi 2024-cü il BMT İqlim Dəyişmələri Konfransında (COP29) BMqT-nın Baş direktoru və müavininin iştirakını xatırlayaraq  konfrans çərçivəsində miqrasiya ilə bağlı məsələlərin iqlim gündəminə daxil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.  

Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin Gürcüstandakı  nümayəndəliyinin rəhbəri Lars Yohan Lönnbak COP29 tədbirinin ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb, fəaliyyəti müddətində əlaqələrin  inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib, gələcəkdə miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti