Dövlət Miqrasiya Xidmətinin rəisi İran İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İran İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Seyed Jafar Aghaei Maryanı qəbul edib.
Qonağı səmimi salamlayan Xidmət rəisi ölkəmizdə miqrasiyanın səmərəli idarə edilməsi, miqrasiya qanunvericiliyi, miqrasiya sahəsində əlaqələrin vacibliyini vurğulayıb, bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərə toxunub.
Qəbula görə təşəkkürünü bildirən cənab Seyed Jafar Aghaei Maryan görüşdən məmnunluğunu ifadə edib, COP29 tədbirinin ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və iki ölkə arasında miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.