newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Şirvan regional miqrasiya idarəsi tərəfindən İmişli “ASAN xidmət” mərkəzində,  Ağsu regional miqrasiya idarəsi tərəfindən isə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının inzibati binasında maarifləndirmə tədbirləri keçirilib.

Maarifləndirmə tədbirləri “Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin növləri, tənzimlənməyən vəziyyətdə olan miqrantların leqallaşdırılması prosedurları” və “Tənzimlənməyən miqrasiya və onun hüquqi nəticələri” mövzularına həsr edilib.

Tədbirlərdə aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, ictimai təşkilatların təmsilçiləri, işəgötürənlər, sahibkarlar,  həmçinin   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Görüşdə regional idarənin əməkdaşları tərəfindən Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması, müvafiq yaşamaq üçün icazələrinin verilməsi və bunun  üçün tələb olunan sənədlər, şəxsin Azərbaycan Respublikası vətəndaşlığna mənsubiyyətinin müəyyən edilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları ilə bağlı məlumatlar verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur