newsPhoto

Dövlət Miqrasiya Xidmətinə 2024-cü ilin noyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 5004  zəng cavablandırılıb.

Qəbul edilən zənglərin 1447-si müvəqqəti yaşama icazəsi, 104-ü müvəqqəti olma müddətinin uzadılması, 339-u vətəndaşlıq məsələləri, 590-nı olduğu yer üzrə qeydiyyat, 350-si daimi yaşama icazəsi, 533-ü iş icazəsi, 277-si inzibati xəta, 1364-ü isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur