Miqrasiya üzrə Regional Təlim Mərkəzində seminar keçirilib
Dövlət Miqrasiya Xidmətinin (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzində “Mənşə ölkəsi haqqında məlumat və uşaqların müdafiəsi” mövzusunda seminar keçirilib.
Seminarda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən DMX-nin və BMT QAK-ın məsul nümayəndələri Xidmət əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mövzunun önəmini və seminarın əhəmiyyətini vurğulayıblar.
Seminar çərçivəsində beynəlxalq himayəyə dair rəhbər prinsiplərə, Avropa Mənşə Ölkəsi üzrə Məlumat Şəbəkəsinə və digər resurslara əsaslanmaqla mənşə ölkələri ilə bağlı məlumatların toplanılması qaydalarına, Uşaqlarla bağlı prosedurlarla əlaqədar texniki təlimata dair təqdimatlarla çıxışlar edilib, həmçinin qeyd olunan istiqamətlər üzrə praktik məşğələlər keçirilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.