newsPhoto

Regionlarda səyyar xidmətlər davam etdirilir

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Yevlax, Lənkəran, Naxçıvan, Ağsu regional miqrasiya idarələri tərəfindən Ağcabədi, Ucar, Lənkəran, Şərur, Şamaxı və İsmayıllıda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri və respublika ərazisində müvəqqəti olma üçün olduğu yer üzrə qeydiyyatla bağlı bildiriş  təqdim edilib. Həmçinin daimi və müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur