newsPhoto

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən regionlarda silsilə tədbirlər təşkil olunub

Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən uşaqlara diqqət və qayğının təşviq edilməsi məqsədilə 20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər təşkil olunub.

Gəncə, Naxçıvan, Qəbələ, Cəlilabad, İsmayıllı, Ağcabədi, Sabirabad və Qusarda keçirilən tədbirlər miqrant uşaqların hüquq və vəzifələri, onların cəmiyyətə inteqrasiyası və leqallaşdırılması proseduru mövzularına həsr olunub.

Təbdirlərdə yerli icra hakimiyyətinin, bələdiyyələrin, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Maarifləndirmə tədbirlərində regional miqrasiya idarələrinin məsul əməkdaşları çıxış edərək uşaq hüquqlarının müdafiəsi və qorunması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər barədə məlumat veriblər. Gələcəyimiz olan uşaqların mövcud beynəlxalq və milli qanunvericilik aktları ilə müəyyən olunmuş hüquq və vəzifələri diqqətə çatdırılıb. Xüsusilə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və “Miqrasiya Məcəlləsi”nin müvafiq maddələrinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqları və qanunvericilikdə uşaqlar üçün nəzərdə tutulmuş imtiyazlar barədə məlumat verilib. Həmçinin yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərlər izah olunub.

İnteraktiv formada keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur