Regionlarda səyyar xidmətlər davam etdirilir
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Lənkəran, Ağsu, Yevlax, Xaçmaz regional miqrasiya idarələri tərəfindən Astara, Göyçay, Yevlax, Xaçmazda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərdən yaşadıqları ünvanlarda olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvafiq yaşama və iş icazələrinin əldə edilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı tələb olunan sənədlərin qəbul edilməsi, həmçinin sözügedən xidmətlər ilə bağlı hazır sənədlərin təqdim edilməsi prosesi həyata keçirilib.