Xidmətlərimizdən istifadə edən şəxslər arasında növbəti sorğu keçirilib
Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnuniyyəti, xidmətlərin əlçatanlığı və şəffaflığı, miqrasiya orqanları işinin təşkili prosesində ictimai iştirakçılığın təmin olunması Dövlət Miqrasiya Xidmətinin əsas prioritetlərindədir.
Bu məqsədlə Dövlət Miqrasiya Xidməti və “Miqrasiya könüllüsü” İctimai Birliyi tərəfindən Əcnəbilərin daha çox üz tutduğu məkanlarda növbəti sorğu keçirilib.
Keçirilən sorğuda 50-dən çox respondent iştirak edib. Onlara olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma müddətinin uzadılması, iş icazəsinin alınması, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsinin alınması, eləcə də eyni işəgötürənin yanında başqa işə keçirildikdə əcnəbi üçün yeni iş icazəsinin alınması ilə bağlı suallar təqdim olunub. Həmçinin miqrasiya prosedurlarının əlçatanlığı, operativ şəkildə icrası, keyfiyyəti barədə respondentlərin fikirləri öyrənilib.
Göstərilən xidmətlər respondent tərəfindən müsbət qiymətləndirilib.
Sorğuda iştirak edən şəxslərə təşəkkürümüzü bildirik!