newsPhoto

Əcnəbilərə Müvəqqəti yaşamaq üçün icazə hansı müddətə verilir?

Əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə isə müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir.
Müvafiq əsas olduqda, müvəqqəti yaşamaq üçün icazə hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur