İş icazəsi alınmadan əcnəbinin işə cəlb edilməsinə görə işəgötürən hansı məsuliyyətləri daşıyır?
İş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə işəgötürən inzibati məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğlərdə cərimə edilir.