newsPhoto

Dövlət Miqrasiya Xidmətinə 2024-cü ilin 9 ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin 9 ayı ərzində 50310 zəng cavablandırılıb. Onlardan 43804-ü Azərbaycan dilində, 6012-si rus dilində, 494-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 15677-si müvəqqəti yaşama icazəsi, 824-ü müvəqqəti olma müddətinin uzadılması, 4090-ı vətəndaşlıq məsələləri, 6866-sı olduğu yer üzrə qeydiyyat, 3276-sı daimi yaşama icazəsi, 5435-i iş icazəsi, 2756-sı inzibati xəta, 11386-sı isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur