newsPhoto

İctimai Şuranın üzvləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə monitorinq səfəri ediblər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, İctimai Şuranın sədr müavini Rəhilə Mehdiyeva, üzvlər Məhsəti Hüseynova, Məmməd Kətanov və Əli Fərzəliyev Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə monitorinq səfəri ediblər.

Səfərin məqsədi Mərkəzdə yerləşdirilən əcnəbilər üçün yaradılan şəraitlə tanışlıq olub.İctimai Şuranın üzvləri qanunsuz miqrantların Mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, onların saxlanıldıqları şərait, mərkəzin yataqxana korpusları, yaşayış və tibb otaqları, görüş otağı, istirahət otaqları, yeməkxana, təmizlik və gigiyena qaydalarına riayət şəraiti, təminat anbarı və digər yerlərlə tanış olublar.

Həmçinin Şura üzvləri Mərkəzdə yerləşdirilən şəxslərlə görüşüblər. Onları narahat edən məsələlər ətrafında müzakirələr aparıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur