newsPhoto

Tərtərdə maarifləndirmə tədbiri keçirilib

Yevlax regional miqrasiya idarəsi tərəfindən “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və miqrasiya qanunvericiliyi” mövzusunda Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib.

Rayon icra hakimiyyətinin rəhbər işçilərinin, icra nümayəndələrinin, bələdiyyələrin  və  hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirin açılışında Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyət istiqamətləri, tənzimlənməyən miqrasiyaya qarşı Xidmət tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatlar verilib. Miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər diqqətə çatdırılıb.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşama icazələrin verilməsi, müvəqqəti olma müdətinin uzadılması, vətəndaşlıq məsələləri ilə bağlı  mövcud qanunvericilik barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb, həmçinin vətəndaşsızlıq  hallarının aradan qaldırılması və qanunsuz miqrasiya hallarının qarşısının alınması ilə bağlı qarşılıqlı fəaliyyətin zəruriliyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur