newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı qızıl medal qazanıb

Şüvələn Ağır Atletika Akademiyasında gənclər və böyüklər arasında pauerliftinq üzrə Azərbaycan kuboku keçirilib. 

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərov benç press növündə 100-dən artıq idmançının mübarizə apardığı ölkə çempionatında növbəti dəfə qızıl medalın sahibi olub.

Titullu idmançımız 188 kiloqramlıq ağırlığı qaldırmaqla 8 rəqibini geridə qoyub.

Qeyd edək ki, Əli Əsgərov güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.

Əməkdaşımıza uğurlar arzulayırıq.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur