“Yetkinlik yaşına çatmayanlarla davranış qaydaları” ilə bağlı təlim keçirilib
Miqrasiya üzrə Regional Təlim Mərkəzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Yetkinlik yaşına çatmayanlarla davranış qaydaları” istiqaməti üzrə kurslar təşkil edilib.
DMX-nın Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi kurs çərçivəsində yetkinlik yaşına çatmayan miqrant uşaqların hüquqları və onların beynəlxalq müdafiəsi, həmçinin uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntuları, nitq pozuntusu olan uşaqlarla işarət dili vasitəsilə ünsiyyətin və psixoloji əlaqənin qurulması üzrə mövzuları əhatə edən təlimlər sahələr üzrə mütəxəssislər tərəfindən keçirilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılmaqla mövzular ətrafında fikir mübadiləsi aparılıb.