Naxçıvan regional miqrasiya baş idarəsində tədbir keçirilib
Naxçıvan regional miqrasiya baş idarəsində “Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqları və onlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi”, “İnsan alverinə qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsi” və “Miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə qarşılıqlı əlaqələrin əhəmiyyəti” mövzularında tədbir keçirilib.
Tədbirdə Naxçıvan regional miqrasiya baş idarəsi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan Baş Gömrük İdarəsi və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edənlər müasir dövrümüzdə qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması və potensial qurbanlarının müəyyən edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıblar. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlərlə bağlı geniş məlumatlar verilib, insan alveri ilə mübarizə, bu sahədə mövcud qanunvericilk, qurumlararası koordinasiya və digər fəaliyyətlər barədə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.