newsPhoto

Dövlət Miqrasiya Xidmətinə 2024-cü ilin avqust ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin avqust ayı ərzində 5685 zəng cavablandırılıb. Onlardan 4908-i Azərbaycan dilində, 710-u rus dilində, 67-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 1524-ü müvəqqəti yaşama icazəsi, 77-i müvəqqəti olma müddətinin uzadılması, 441-i vətəndaşlıq məsələləri, 909-u olduğu yer üzrə qeydiyyat, 392-si daimi yaşama icazəsi, 579-u iş icazəsi, 298-i inzibati xəta, 1465-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur