Regionlarda səyyar xidmətlər keçirilib
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Gəncə, Yevlax, Ağsu və Xaçmaz regional miqrasiya idarələri tərəfindən Şəmkir, Zərdab, İsmayıllı və Xaçmazda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib, həmçinin Azərbaycan Respublikası vətəndaşlığına qəbul ilə bağlı sənədləri qəbul edilib.