newsPhoto

Regionlarda səyyar xidmətlər davam etdirilir

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Lənkəran, Ağsu və Yevlax regional miqrasiya idarələri tərəfindən Masallı, Astara, Cəlilabad, İsmayıllı, Yevlax, Ağdaşda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri,  həmçinin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qərar təqdim edilib.

Eyni zamanda şəxslərdən müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması ilə bağlı sənədlər qəbul edilib, müvəqqəti yaşama icazəsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd siyahıları təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur