Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Gəncə regional miqrasiya idarəsi tərəfindən Gəncə regional turizm idarəsi ilə birgə Gəncə şəhərində, Lənkəran regional miqrasiya idarəsi tərəfindən Cəlilabad şəhərində  maarifləndirmə tədbirləri keçirilib.

Görüşlərdə yerli inzibati ərazi dairə nümayəndələri, bələdiyyələr, polis sahə rəisləri, idarə, müəssisə rəhbərləri, işəgötürənlər və turizm sektorunun nümayəndələri iştirak edib.

Maarifləndirmə tədbirləri “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərdə olduğu yer üzrə qeydiyyat qaydaları”, "Tənzimlənməyən  miqrasiya. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları" mövzularına həsr olunub.

Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərdə olduğu yer üzrə qeydiyyat qaydaları, miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər, tənzimlənməyən miqrasiyaya qarşı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti