newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Avropa çempionu olub

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərov Finlandiyanın Salo şəhərində pauerliftinq üzrə keçirilən Avropa çempionatında qalib olub.

Milli komandanın tərkibində çıxış edən əməkdaşımız pauerliftinq üzrə 500-dən artıq idmançının mübarizə apardığı yarışda 3-cü dəfə qızıl medalın sahibi olub.

Titullu idmançımız 195 kiloqramlıq ştanqı sinəsi üzərinə qaldırmaqla yarışın həm də mütləq qalibi adını qazanıb.

Qeyd edək ki, Əli Əsgərov güc idman növləri üzrə Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya birinciliyi və digər nəticələri ilə uğurlu karyeraya malik idmançılarımızdandır. Əməkdaşımıza gələcək yarışlarda uğurlar arzu edirik!

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur