newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin may ayı ərzində cavablandırılmış zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin may ayı ərzində 6089 zəng cavablandırılıb. Onlardan 5298-i Azərbaycan dilində, 724-ü rus dilində, 67-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 1756-sı müvəqqəti yaşama icazəsi, 95-i müvəqqəti olma müddətinin uzadılması, 448-i vətəndaşlıq məsələləri, 938-i olduğu yer üzrə qeydiyyat, 447-si daimi yaşama icazəsi, 447-si iş icazəsi, 344-ü inzibati xəta, 1412-si isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur