newsPhoto

Ölkəmizdə qaçqın statusu almış şəxslərin uşaqları üçün bayram tədbiri keçirilib

Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizdə qaçqın statusu almış şəxslərin azyaşlı uşaqları üçün bayram gəzintisi təşkil edilib.

Bayram tədbiri əlamətdar günün səbəbkarlarının Azərbaycan cəmiyyətinə mədəni inteqrasiyasına və maarifləndirilməsinə töhfə vermək məqsədilə “Qobustan” Milli Tarix-Bədii Qoruğunda keçirilib.

Tədbirdə iştirak edən uşaqlar və onların valideynləri qoruq ərazisində yerləşən muzey və qayaüstü rəsmlərlə tanış olublar.

Daha sonra uşaqlar üçün əyləncəli proqramı təşkil olunub, hədiyyələr təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur