"Etik davranış qaydaları və Korrupsiyaya qarşı mübarizə" mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Etik davranış məsələləri, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması” mövzusunda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev tərəfindən təlim keçirilib.

Təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə təşkil olunub.

Ə. Nuriyev korrupsiya anlayışı, bu sahədə mübarizənin gücləndirilməsinə dair qanunvericilik, korrupsiyaya şərait yaradan hallar və qarşısının alınması, korrupsiya cinayətləri və onların nəticələri barədə ətraflı məlumat verib, maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, etik davranış və s. kimi məsələlərə dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb.

Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur